Archive for Nisan 2010

h1

Zəlimxan Yaqub: “40 ildən çoxdur Bakıdayam, nə sazım, nə ləhcəm, nə də geyim-gecimim dəyişməyib”

Nisan 17, 2010

GENİŞ AÇ QAPINI, AY EV YİYƏSİ…

Ustad şair Zəlimxan Yaqubun bu günlərdə 60 yaşı tamam oldu. Elə bu münasibətlə də xalq şairi – xalqının şairi dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görüldü. Ustadın həm 60 illik yubilieyini, həm də “Şərəf” ordenini təbrik etmək üçün onun qapısını döydük. Ürəyi də, süfrəsi də, qapısı da xalqın üzünə açıq olan şair bizi ürəklə, könül xoşluğu ilə qarşıladı. Zəlimxanın ürəyi bir saraydı, Qonaq olun, ay Allahı sevənlər – deyən şairin qonağı olduq.

Read the rest of this entry ?

h1

Ələmdar Cabbarlı – Şeirlər

Nisan 17, 2010

Allahın əlində

Başımıza gələn qədər –

Qəza Allahın əlində.

Bəndə kimdi cəza versin

Cəza Allahın əlində.

Dünya beş-üç günlük yuxu

Ümid, təlaş, sevinc, qorxu…

Qismətin, muradın çoxu –

Azı Allahın əlində.

Nicat gəzmə başqa yöndə,

Qurtuluş imanda, dində.

Dəyişdirə bilməz bəndə

Yazı Allahın əlində.

Read the rest of this entry ?

h1

ƏLƏMDAR CABBARLI: “Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!?”

Nisan 17, 2010

ƏLƏMDAR CABBARLI: “Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!?”

“Hər hansı bir yazıçının əsəri öz qaynaqları, kökləri etibarilə, düşüncə tərzinə, obrazlar sisteminə görə milli məzmun daşıya bilər”

Ələmdar Cabbarlının  GÜNAZ.TV-yə müsahibəsi


– Ələmdar bəy, Bu gün bəzi yazarlardan eşidirik ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən başlayır. Yəni, ona kimi olan ədəbiyyatın, yazılan əsərlərin Azərbaycan ədəbiyyatına heç bir aidiyyəti yoxdur. Bu fikirlərlə razılaşırsınızmı?

Read the rest of this entry ?

h1

ƏLƏMDAR CABBARLI – APTEKÇİ (hekayə)

Nisan 17, 2010

Gecə yarıdan keçmişdi. Axşamdan aralarında başlayan mübahisə isə hələ də davam edirdi. Cahangir nə əncam eləyirdisə şəhərli qaynını onların rayonunda aptek açmaq fikrindən daşındıra bilmirdi:

– A kişi, gedib oralarda bankrot olacaqsan, borca düşəcəksən, orda xəstələnən olur ki, dərman da alalar. O camaat hamısı sağlam, buz baltası kimidi. Sən öl bizim kənddə bir Qara Bəkir var – Qərə Bəkir – 3 kilo əti çiy yeyir, heç uf da demir, mədəsi də elə həll eləyir ki, gəl görəsən. Bir dəfə ot biçinində günortaya otuz yumurta götürmüşdü, yanımda iyirmisinin qabığını soyub yedi, sonra dedi ki, ə qa, hövsələm çatmır bunnarı da qabıxlı yeyəjəm. Sən öl dediyi kimi də elədi. İndi sən gedib Bəkirə dərman satacaqsan?

– Yox eyy, gedəcəyəm, xeyir Allahdan. Ağlıma dolub, eləməliyəm!

– Ə, orda xəstələnib eləyən olmur eyy, ildə bir-iki adam naxoşduyar, onu da təbii otnan, beçə balıynan, əvəliknən, qantəpərnən, canım sənə desin, kortumnan, yarpıznan, kəkotuynan, nə bilim nə zibilnən – Cahangir əsəbləşdi – sağaldırlar. Ya da atdan-eşşəkdən yıxılıb qolu-qıçı qırılan olur, qız qaçırmaqda, ot bölgüsündə, qoruğa mal girəndə baş-gözü əzilən olur – onnarı da Nağdalı kişi, Mehralı yumurtaynan-zadnan zamaq qoyub sarıyır.

Read the rest of this entry ?

h1

İlin ədəbi yekunları açıqlandı

Nisan 8, 2010

Yanvar ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Bizim söz” qəzetinin təşəbbüsü və təşkilatçılığı, AYB-nin dəstəyi il 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş Mükafatlandırma Mərasimi keçirildi. Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açdı:

“Bizim söz” qəzeti ədəbi qəzetlərimizdən biridir, cavan qələm sahiblərimiz orada çalışırlar. Bu qəzet dəyərli bir qəzetdir və sakitcə öz işləri ilə məşğul olur. Qəzetin baş redaktoru Ələmdar Cabbarlı belə bir ideyasının olduğunu söylədi və Yazıçılar Birliyi buna məmuniyyətlə dəstək verməyə hazır olduğunu bildirdi. Bu gün də çox sevinirik ki, burada bir qələbəlik var.

Read the rest of this entry ?

h1

ƏLƏMDAR CABBARLI: “Prezident təqaüdümü qəzetə xərclədim”

Nisan 8, 2010

Məlum olduğu kimi “Bizim Söz” qəzeti 2009-cu ilin ədəbi yekunlarına həsr olumuş Mükafatlandırma Mərasimi keçirib. azelim.com saytı bu münasibətlə qəzetin baş redaktoru Ələmdar Cabbarlıdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

– İlin ədəbi yekunlarını keçirmək haradan ağlınıza gəldi?

– “Bizim Söz” qəzetini təsis eləyəndə əsas məqsədimiz, əsas hədəfimiz ondan ibarət olmuşdur ki, Azərbaycanda ədəbiyyatı gündəmə gətirək, təbliğ edək, yeni ədəbi simaları cəmiyyətə tanıtdıraq.  Read the rest of this entry ?